Kriştianu Ronaldu cari mövsümün sonunda İngiltərənin "Mançester Yunayted" klubundan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbə "qırmızı şeytanlar"ın rəhbərliyinin 37 yaşlı ulduzun davranışından və oyunundan narazı olduğunu və onunla yolları ayırmaq istədiyini vurğulayıb.
Son qərarı klubun ortaq sahibi Coel Qleyzer və idarə heyəti verəcək.
Daha öncə İngiltərə nəhəngi ilə olan müqaviləsinin müddəti 2023-cü ili iyununda başa çatacaq Kriştianunun bu yay Devid Bekhemin klubuna - MLS təmsilçisi "İnter Mayami"yə keçəcəyi barədə informasiyalar yayılmışdı.
Bu mövsüm İngiltərə Premyer Liqasında 25 matça çıxan Ronaldu 12 qol və 3 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Nihat