"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində evdə "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, belaruslu çalışdırıcı 0:3 hesablı yenilgini belə dəyərləndirib:
"Oyunun vaxtı əlverişli idi. Son günlər Sumqayıtdakı isti hava meydanın ot örtüyü baxımından işə yaramışdı. Bu rəqiblə oyunda belə ab-hava məntiqəuyğundur. Bütün azarkeşlərə təşəkkür edirəm.
Belə təcrübəli və ustalıq səviyyəsi yüksək olan komandalarla oyunda ələ düşən fürsətlərdən yararlanmaq asan deyildi. Mövqe hücumları qurmaq baxımından problemlərimiz oldu. Bunun üçün ustalıq səviyyəsi tələb olunur. Gərək top itirməyəsən və futbolçularda özünəinam ola...
Baqa matçın ardından ağdamlıların futbolçularıyla - Maksim Medvedev və Qara Qarayevlə ünsiyyət qurmasına da toxunub: "Maksimlə BATE - Qarabağ görüşlərində tanış olmuşuq. Bunun necə baş verdiyi dəqiq yadıma gəlmir, amma o vaxtdan bir-birimizi tanıyırıq. O, yaxşı həmsöhbət və yaxşı futbolçudur. Qara Qarayevdən isə oyun zamanı ayağında hiss etdiyi ağrıların nə yerdə olduğunu soruşdum. Bildiyiniz kimi, Əli Qurbani ilə toqquşmuşdu".