"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində səfərdə "Səbail"dən aldıqları böyük hesablı məğlubiyyəti dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, 0:3 hesablı yenilgini belə şərh edib:
"Həm hücumda zəif təsir bağışladıq, həm də müdafiədə. Çempionatdakı ən zəif oyunumuzu oynadıq. Görüşün çətin keçəcəyini əvvəldən təxmin edirdik. Bu meydanda "Qarabağ"ı məğlub etmiş rəqibə qarşı oynadıq. Təəssüf ki, məğlub olduq. Bizim çempionatda zəif rəqib yoxdur. Hamı bir-birindən xal ala bilir.
Zədəsini yenicə sağaltmış futbolçularımız var ki, bu gün onları riskə atdıq. Şükürlər olsun ki, oyunu sağ-salamat başa vurdular.
Qarşıda daha altı tur və iki kubok qarşılaşması var. Uşaqların mümkün olanın ən yaxşısını edəcəyinə, sonadək mübarizə aparacaqlarına inanıram".