Zaqreb "Dinamo"su Xorvatiya çempionatının 30-cu turunda "Riyeka" ilə Rujevitsadakı görüşdə geridönüş edərək mühüm qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, ilk hissədə qapısında top görən paytaxt təmsilçisinin bərabərlik qolunu 79-cu dəqiqədə Azərbaycan millisinin üzvü Mahir Emreli vurub. 86-cı dəqiqədə daha bir dəfə fərqlənən qonaqlar ağır səfərdən 3 xalla dönüb.
"Dinamo"nun soyunub-geyinmə otağındakı ab-hava bu qələbənin nə qədər önəmli olduğunu göstərir. Oyunçular önlərindəki pizza qutularını qucaqlayıb mahnı oxuyublar.
Mirağa