Milli Məclisin Gənclər və İdman, İnsan hüquqları Komitələrinin üzvü, millət vəkili Jalə Əhmədova Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti seçilib.
Fanat.Az xəbər verir ki, bu gün Assosiasiyanın növbəti iclası keçirilib və Jalə Əhmədova kollektivə təqdim olunub.
Cəmiyyətin autizm barədə maarifləndirilməsinin vacibliyini vurğulayan millət vəkili, bu istiqamətdə ciddi işlərə ehtiyac duyulduğunu bildirib. Deputat Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti kimi gələcək işlərə böyük töhfə verəcəyini qeyd edib.
Daha sonra Azərbaycan Autizm Assosiasiyasının təşkil edəcəyi yarış və tədbirlər müzakirə olunub. Xatırladaq ki, 2 Aprel - Dünya Autizm Məlumatlandırma günü münasibəti ilə aprel ayı çərçivəsində autizmli uşaqlar arasında stolüstü tennis, boccia, atletika, velosiped, futbol və digər idman növləri üzrə yarışlar keçiriləcək. Aprelin 28-i isə Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə sayca ikinci II Azərbaycan Autizm Festivalı təşkil olunacaq.