“Qəbələ”nin rusiyalı baş məşqçisi Yuri Syomin uzun illər çalışdırdığı “Lokomotiv”in aparıcı futbolçunu itirməsinə şərh edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “dəmiryolçular”ın son illərdə nəticə qazana bilməməyində əsas oyunçularını saxlaya bilməməyi səbəb görür.
Syomin sözlərinə görə, son olaraq “Spartak”a keçən Rusiya yığmasının 26 yaşlı yarımmüdafiəçisi Denis Qluşakov “Lokomotiv” üçün liderlərdən biri idi: “Bu transfer futbolçunun özünün xeyrinə gedəcək. Ancaq “Lokomotiv” üçün itkidir. Belə futbolçuların qiymətini bilmək lazımdır. Ancaq “Lokomotiv” ilk dəfə deyil ki fərqli hərəkət edir. Qluşakov satıldı, bunadək “Anji”yə Yeşenko getdi. Daha öncə Bilyaletdinovu satdılar. Diniyar İngiltərədən qayıdanda isə onu qaytarmamağa üstünlük verdilər. İndi biz aşkar görürük ki, əsas futbolçuların gedişi nəticəyə necə təsir göstərir.
Qeyd edək ki, “Lokomotiv”i sonuncu dəfə çempion edən Syomin 2009/10 mövsümündə Qluşakovla birgə işləyib.
İdman24.az