"Barselona"nın "Bayern Münhen"in hücumçusu Robert Levandovskiyə təklif etdiyi maaş açıqlanıb.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, polşalı forvardı heyətinə qatmağa əsas namizəd olan Kataloniya təmsilçisi bu yay Münhen klubuna 30 milyon avro ödəməyi planlaşdırır.
Sözegedən Avropa nəhəngləri bu keçidlə bağlı hələ razılığa gəlməsələr də, Robertin İspaniya təmsilçisində ildə 40 milyon avro maaş alacağı bildirilib.
33 yaşlı Levandovski 2014-cü ildən "Bayern"dədir. Bu mövsüm münhenlilərin formasıyla bütün turnirlər daxil olmaqla, 40 matça çıxan hücumçu 46 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Polşa millisinin üzvünün Almaniya klubuyla olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq. Ön xətt oyunçusu "Bayern"in yeni anlaşma təklifini müddəti və şərtləri onu qane etmədiyi üçün geri çevirib.
Nihat