İtaliya C Seriyasının “Foca” – “Katanzaro” matçında meydan sahiblərinin azarkeşi meydançaya qaçaraq penalti yerinə yetirməyə hazırlaşan qonaqların hücumçusu Pietro İemmelloya hücum edib.
Fanat.Az xəbər verir ki, sözügedən futbolçu 2018/19 mövsümündə "Foca"da çıxış edib və daim azarkeşlərlə fikir ayrılıqları olub.
Maraqlıdır ki, vaxtilə top qovduğu stadiona bu dəfə qonaq qismində gələn 30 yaşlı forvard ötən gecə baş tutan oyunda dubla imza atıb. İnsident onun penaltidən het-trik etməyə hazırlaşdığı vaxt baş verib. Hadisə oyunun 10 dəqiqə uzanmasına səbəb olub. Azarkeş futbolçunu ölümlə hədələyib. Vəziyyəti daha da gərginləşdirməmək üçün İemmello penaltinin icrasını komanda yoldaşının öhdəsinə buraxaraq oyunu tərk edib. Belə ki, "Foca"nın məşqçiləri rəqib azarkeşləri daha da qıcıqlandırmamaq üçün onu paltardəyişmə otağına getməyə razı salıblar.
🔴 L'incredibile aggressione di un "tifoso" del #Foggia verso l'ex #Iemmello, autore di una doppietta stasera e poi sostituito per non avvelenare il clima dal tecnico del Catanzaro Vivarini. Seguirà peraltro un'ulteriore invasione di campo più tardi... pic.twitter.com/Hv4cdnqSAp
— Filippo Maggi (@Filippomaggi97) April 11, 2022
"Katanzaro" oyundan 6:2 hesabı ilə qalib ayrılıb.
Mirağa