"Beşiktaş"ın müdafiəçisi Rıdvan Yılmaz karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "TGRT Haber"ə istinadən xəbər verir ki, onun xidmətində "Lester Siti" maraqlıdır.
Mənbə "tülkülər"in 20 yaşlı futbolçunun klubuna 9,5 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb.
Yılmaz "Beşiktaş"ın öz yetirməsidir. İstanbul klubunun əsas komandasında ümumilikdə 58 oyun keçirən gənc arxa xətt oyunçusu 4 qol və 7 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Xatırladaq ki, "Lester"də Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü də top qovur.
Nihat