"Mançester Yunayted" yay transfer pəncərəsində heyətini "Everton"un hücumçusu Rişarlisonla gücləndirməyi hədəfləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
Mənbənin məlumatına görə, Liverpul klubu futbolçusunun transferi üçün 80 milyon avro istəyəcək.
24 yaşlı Rişarlison bu mövsüm "Everton"da 26 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubuyla olan müqaviləsinin müddəti 30 iyun 2024-cü ilə qədərdir. "Transfermarkt" portalı sözügedən oyunçunun qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Emin