İspaniya Regional Liqasında son turun "Villaneva" - "Kolmenar" (1:1) matçında maraqlı hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, 90-cı dəqiqədə ev sahiblərinin əks-hücumunu meydana daxil olan qonaq komandanın köməkçi-məşqçisi İvan Abad Munoz dayandırıb.
Bundan sonra iki komandanın futbolçuları arasında qısamüddətli gərginlik yaşanıb. Matçın baş hakimi Munoza qırmızı vərəqə göstərib.
INSOLITO: AYUDANTE DE DT CORTÓ AVANCE DE RIVAL
— Diario El Ciudadano (@elciudadanoweb) April 12, 2022
El hecho se produjo en la liga Preferente de Madrid, cuando el ayudante de Colmenar Viejo ingresó al campo de juego y obstruyó un ataque de Villanueva del Pardillo cerca de la finalización del encuentro. pic.twitter.com/EdFIXS9EZy
"Villaneva" sosial media hesabında bu barədə paylaşım edib: "Rəqib məşqçinin futbol dəyərlərini və ədalətli oyunu ləkələdiyi möhtəşəm bir matç".
Qonaq komandanın açıqlamasında isə aşağıdakı ifadələr yer alıb: "Baş verənlərə görə üzr istəyirik. Məşqçimiz yolverilməz səhv etdi. Klub rəsmilərimiz baş verənlərə görə rəqib komandadan üzr istədi".
Mirağa