Fernandinyo mövsümün sonunda "Mançester Siti"ni tərk edəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano "Facebook" səhifəsi üzərindən yayıb.
36 yaşlı futbolçu yeni müqavilə imzalamaq fikrində deyil:
"Mançester Siti"də qalmayacağam. Amma oynamaq istəyirəm. Mən mütləq Braziliyaya qayıdacağam. Ailəmlə birlikdə qərar verdim. Bu, mənim üçün ən vacib şeydir".
Emin