Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo A seriyasında mövsümün favoritini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, 45 yaşlı veteran futbolçu bu barədə "Football Italia"ya danışıb.
O, sabiq klubu "İnter"in də çıxışına toxunub: "İtaliya A Seriyasında bu mövsüm möhtəşəm çempionluq yarışı gedir. Məncə, "İnter" yüksək keyfiyyətli futbol nümayiş etdirir və ümid edirəm ki, "neradzurra" yenidən çempion olacaq".
Qeyd edək ki, Ronaldo 1997-2002-ci illərdə "İnter"in şərəfini qoruyub.