Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsində daha iki oyun keçirilib.
Fanat.Az xəbər verir ki, beləliklə qitənin ən nüfuzlu klub turnirində yarımfinalın bütün iştirakçıları bəlli olub.
Gecənin hər iki oyunu heç-heçə bitib. İngiltərə təmsilçisi "Liverpul" Portuqaliyada qalib (3:1) gəldiyi "Benfika"nı evdə məğlub edə bilməsə də, 3:3 hesabı yarımfinala adlamağa kifayət edib.
Digər İngiltərə klubu "Mançester Siti" isə İspaniyada Madrid "Atletiko"su ilə səfər matçında üz-üzə gəlib. Cavab oynunda qapılara qol vurulmadığından, ilk görüşdəki minimal hesablı qələbə "şəhərlilər"i finalın bir addımlığına daşıyıb.
Qeyd edək ki, yarımfinalda "Liverpul" İspaniya "Vilyarreal"ı ilə, "Mançester Siti" isə "Real Madrid"lə qarşılaşacaq. Başqa sözlə, yarımfinalda İngiltərə-İspaniya duelləri baş tutacaq.
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
13 aprel
"Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) 3:3
Qollar: Konate, 21, Firmino, 55, 65 - Ramos, 32, Yaremçuk, 73, Nunes, 82
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun - 3:1
"Atletiko Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) 0:0
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun - 0:1