"Real Madrid"in xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç komandasının Çempionlar Liqasının yarımfinalına yüksəlməsindən danışıb.
Fanat.Az xəbər verir ki, səfərdə 3:1 hesabıyla məğlub etdiyi "Çelsi"yə Madriddə 2:3 uduzaraq yarımfinala çıxan İspaniya təmsilçisinin təcrübəli oyunçusu fikrini UEFA-nın saytına bölüşüb:
"Buna inanmaq çətindir. Biz qol vurana qədər yarımfinaldan kənardaydıq. Pis oynamadığımızı düşünürəm, amma "Çelsi" öz şanslarından əla faydalandı. Biz Londondakı qələbədən sonra da ikinci qarşılaşmanın çətin olacağını bilirdik. Yanılmamışdıq".
Nihat