12:19 13.04.2022 256

Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək

İdman Araşdırmalar Mərkəzi (İAM) 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku turniri təşkil edəcək.

Yarış Azərbaycanın ilk onlayn qanuni mərc saytı "eTopaz"ın baş sponsorluğu, "Kəhriz su"nun tərəfdaşlığı, "Report" Agentliyinin informasiya dəstəyi ilə keçiriləcək.

Məqsəd İAM-ın və “eTopaz”ın 10 illik yubileyini, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni, eləcə də turnir günlərinə təsadüf edəcək 9 May – Faşizm üzərində Qələbə Günü, 28 May – Müstəqillik Günü, mərhum jurnalist və görkəmli idman xadimi Elnur Əşrəfoğlunun doğum gününü qeyd etmək, jurnalistlər arasında münasibətləri daha da yaxşılaşdırmaq, bu idman növünün təbliği, futbolun kütləvililiyinin artırılması, asudə vaxtlarının səmərəli təşkilinə mənəvi dəstək olmaqdır.

Yarış iştirakçıları

Yarışda yalnız jurnalistlər iştirak edə bilərlər. Komandalar püşkatma yolu ilə “Cəbrayıl”, “Füzuli”, “Zəngilan”, “Qubadlı”, “Laçın”, “Kəlbəcər”, “Ağdam” və “Şuşa” adlanacaq və hər birinə təşkilatçı tərəfindən geyim forması (futbolka və şortik) veriləcək. Oyunçuların yalnız həmin formalarla meydana çıxa biləcəklər.

Yarış üçün qeydiyyat İAM-ın feysbuk hesabı (//www.facebook.com/iam.122) və ya [email protected] elektron ünvanı vasitəsilə həyata keçiriləcək. Təşkilat Komitəsinə müraciət fərdi qaydada deyil, 8 nəfərlik komanda formasında ediləcək. Komandanın rəhbəri (kapitan və ya oynayan məşqçisi) qapıçı və 7 meydan oyunçusunu geyim ölçüləri ilə birlikdə verməlidir.

Turnirdə iştirak üçün 8 komandanın rəhbəri oyunçuların geyim ölçüləri göstərilməklə 8 nəfərdən ibarət iştirak ərizəsini doldurmalıdır. Forma nömrələri 02 (“Ağdam”), 14 (“Cəbrayıl”), 19 (“Füzuli”), 32 (“Kəlbəcər”), 39 (“Qubadlı”), 41 (“Laçın”), 58 (“Şuşa”) və 64 (“Zəngilan”) olacaq.

Turnirin keçirilmə şərtləri

İlk tur 4 may – İAM-ın yaradılmasının 10-cu ildönümü günündə açılış mərasimindən sonra start götürəcək. Zəfər Kubokuna 19 iyun – mərhum jurnalist və görkəmli idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının ildönümü günündə yekun vurulacaq.

Turnirin təqvimi bir dəfə tərtib edilərək komandalara təqdim olunacaq. Heç bir komanda oyunun başqa vaxta keçirilməsini tələb edə bilməz. Müstəsna hallarda oyunların vaxtı dəyişdirilə bilər. Qarşılaşmalar iki hissədən ibarət olacaq. Hər hissə 20 dəqiqə, hissələr arasında fasilə 5 dəqiqə olacaq. Hər bir komandanın hər hissədə 1 (bir) dəfə “taym out” götürməsinə icazə var. Götürülən “taym out”lar ərzində oyunun vaxtı saxlanılır. Hissələrin əsas vaxtına vaxt əlavə olunmayacaq. Bu, yalnız müstəsna hallarda baş verəcək.

Turnirin oyunları zamanı meydanda 5+1 futbolçu (5 meydan oyunçusu və 1 qapıçı) olacaq. Oyunların gedişində futbolçuların əvəzetmələrinə məhdudiyyət qoyulmayacaq. Qapıçı 4 saniyədən artıq topu özündə saxlaya bilməz. Bu qayda out atışları və küncdən zərbələr zamanı da qüvvədədir. Komandaların heyətlərində əlavə sifarişlər qəbul olunmur.

Komandalara təqdim edilən sifariş vərəqəsinə 8 futbolçunun adı daxil edilir. Oyunun protokoluna da 8 futbolçunun adı və soyadları daxil edilməlidir. Qarşılaşmanın başlamasına minimum 10 dəqiqə qalmış matçın protokolu komandanın kapitanları tərəfindən doldurulmalıdır.

Qaydalar

Komandalardan biri oyuna gəlməyəcəyi halda, ona 0:5 hesablı texniki məğlubiyyət veriləcək və bu, turnir cədvəlində əksini tapacaq. Həmin 5 qol da turnir cədvəlinə əlavə olunacaq. Hər iki komanda oyuna gəlməsə, ikisi də texniki məğlubiyyətlə üzləşməli olacaq. Bu zaman da toplar turnir cədvəlində əksini tapmalı olacaq.

Turnirdə jurnalist olmayan şəxslərin çıxışı qəti qadağandır. Bu hallara sonradan rast gəlinsə, həmin futbolçunun lisenziya vərəqəsi alınacaq və həmin oyunçu növbəti oyunlara buraxılmayacaq. Həmin komanda haqqında Təşkilat Komitəsi qərar verəcək. Jurnalist olmayan şəxs dedikdə, bu, ehtiyac yarandıqda, elektron əmək müqaviləsi qeydiyyatı ilə hər hansı KİV-də çalışmadığı sübut edilən şəxsə aid edilir.

Turnir hərəsində 4 komanda olmaqla, qrup sistemi, yəni, iki qrup (A və B qrupları) üzrə keçiriləcək. Hər qrupdan iki komanda yarımfinala, yarımfinal oyunlarının qalibləri isə finala vəsiqə qazanacaq. Üçüncü yer uğrunda görüş olmayacaq və yarımfinalda uduzanlar avtomatik olaraq, üçüncü yerin sahibi sayılacaqlar.

Hakimlik FİFA oyun qaydaları əsasında həyata keçiriləcək. Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmayacaq.

Cəzalar

Turnirdə müxtəlif matçlarda iki sarı vərəqə alan oyunçu növbəti turun oyununu buraxır. 2 sarı vərəqə alan futbolçunun adı növbəti oyunda iştirak ərizəsinə salınmazsa və həmin oyunda rəqib komandaya texniki məğlubiyyət verilərsə onun aktivindəki vərəqələr silinəcək. Turnirin oyunları zamanı qırmızı vərəqə alan futbolçu isə avtomatik olaraq növbəti turun oyununu buraxır. (Həmin futbolçunun aktivindəki sarı vərəqələr saxlanılır).

Protest verən komandanın kapitanı oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protest oyunun protokolunda öz əksini tapmalıdır. Protest komandanın kapitanı tərəfindən imzalanmalı və 24 saat ərzində təqdim olunmalıdır.
24 saatdan sonra heç bir komandanın şikayətinə baxılmayacaq. Protestlər yalnız lipa futbolçunun iştirakı və oyunun vaxtı ilə bağlı verilə bilər. Digər bütün hallarda şikayət qəbul olunmur.

Qaliblərin müəyyən olunması

Qruplarda ilk 2 yerin sahibləri tutduqları xallara görə müəyyən olunacaq. Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir.

Komandaların xalları eyni olduğu təqdirdə turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən edilir:
a. Komandaların öz aralarındakı keçirdiyi oyunun nəticələrinə əsasən
(Əgər iki və daha artıq komandalar eyni sayda xal toplayarsa, onda yalnız həmin mövqedə qərarlaşan komandaların öz aralarındakı oyunların nəticələri və top fərqləri hesablanacaq).
b. Ən çox qələbə qazanmış komanda.
c. Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
d. Ən az qayda pozuntularına görə (yəni ən az sarı (1 xal) və qırmızı (3 xal) vərəqə alan komanda turnir cədvəlində daha yüksək pilləni tutur).

Yarımfinal oyunlarında və final oyununda qarşılaşma heç-heçə başa çatarsa birbaşa penalti zərbələrinə keçiriləcək.

Mükafatlandırma

1-ci yer – Zəfər Kuboku, 2 000 manat pul mükafatı (hər bir oyunçuya 250 manat), diplomlar
2-ci yer – 1200 manat pul mükafatı (hər bir oyunçuya 150 manat), diplomlar
Yarımfinalda uduzanlar: diplomlar.

Eyni zamanda, turnirin ən yaxşı oyunçusu və ən yaxşı bombardirinə xatirə plaketi veriləcək.

Bütün qarşılaşmalar Olimpiya növləri üzrə milli komandaların təlim-məşq mərkəzinin ("Neftçi"nin keçmiş bazası) meydançalarında keçiriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

Facebookdan bizi izləməyi unutmayın.
X