"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı bunu İspaniya nəhəngini turnirin yarımfinal mərhələsinə yüksəltməklə nail olub.
Ançelotti ardıcıl dörd onillikdə bunu bacaran ilk baş məşqçi kimi tarixə düşüb. Təcrübəli mütəxəssis 1999-cu ildə İtaliyanın "Yuventus", 2003, 2005, 2006, 2007-ci illərdə "Milan", 2014 və 2015-ci illərdə "Real Madrid" komandası ilə yarımfinala yüksəlib.
63 yaşlı mütəxəssis qitənin ən nüfuzlu klub turnirində 8-ci dəfə yarımfinala vəsiqə qazanmaqla Xosep Quardiola və Joze Mourinyonun rekordunu da təkrarlayıb.
Qeyd edək ki, "Real" ÇL-in 1/4 final mərhələsinin cavab matçında səfərdə 3:1 hesabı ilə yendiyi "Çelsi"yə 2:3 hesabı ilə uduzaraq yarımfinala çıxıb.
Nihat