"Bayern Münhen"in qapıçısı Manuel Noyer komandasının Çempionlar Liqasının 1/4 finalının ilk matçında 0:1 hesabı ilə uduzduğu "Vilyarreal"la evdə heç-heçə edərək (1:1) turnirlə vidalaşmasından danışıb:
Fanat.Az xəbər verir ki, Almaniya millisinin qolkiperi fikirlərini Münhen klubunun rəsmi saytına bölüşüb:
"Azarkeşlərin dəstəyi möhtəşəm idi. Oyunda dörd real qol epizodu yaratdıq. Təəssüf ki, ikinci qolu vura bilmədik. Meydanda necə dominantlıq edə bildiyimizi göstərsək də, yarımfinala adlamaq mümkün olmadı. Bu məğlubiyyəti həzm etmək çox çətindir".
Nihat