"Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu 14 yaşlı autizmli azarkeşin telefonu sındırdığı üçün valideynləri polisə şikayət edib.
Fanat.Az xəbər verir ki, bu barədə həmin uşağın anası Sara Kelli "The Telegraph"a danışıb:
"Mançester Yunayted" hadisəyə düzgün yanaşmağı bacarmadı. Açığı, onlar vəziyyəti daha da pisləşdirdilər. Küçədə kimsə bizə hücum etsə, sonra da bizi yeməyə dəvət etsə, təbii ki, razılaşmazdıq...
Sanki Ronalduya borcluyuq. Bağışlayın, amma bu, belə deyil. Biz nəzakətlə "Mançester Yunayted"in oyununa dəvəti rədd etdik, çünki Ceykob oraya getmək və Ronaldonu görmək istəmir. Məsələ artıq polisin əlindədir. İndi deyə biləcəyim tək şey budur”.
Qeyd edək ki, Ronaldu İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzadıb. 37 yaşlı oyunçu fanatın əlini itələdiyi üçün telefon yerə düşüb və sınıb. Ronaldo hadisəyə görə üzr istəyib və onu matça dəvət edib.
Nihat