Son günlər həvəskar mini-futbol matçında vurduğu qolla sosial şəbəkələrdə məşhurlaşan Məhəmməd Muradov AFFA-ya dəvət olunub.
Fanat.Az xəbər verir ki, AFFA-nın baş katibi Sərxan Hacıyev və Kütləvi futbol Departamentinin rəhbəri Fərrux İsmayılov onunla görüşüb.
Federasiya rəsmiləri tərəfindən Məhəmmədə Azərbaycan milli komandasının rəsmi oyun forması və müxtəlif hədiyyələr təqdim olunub.
Vətən Müharibəsinin də iştirakçısı olan Məhəmməd Muradovun vurduğu həmin qolun videosunu təqdim edirik: