"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, 51 yaşlı çalışdırıcı buna turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmaqla nail olub.
Quardiola 9 fərqli mövsümdə bunu bacaran ilk baş məşqçi qismində tarixə düşüb. O, 4 dəfə "Barselona", 3 dəfə "Bayern Münhen", 2 dəfə isə "Mançester Siti"ni yarımfinala çıxarıb.
Pep hərəyə 8 dəfə anoloji nəticə reallaşdıran Karlo Ançelotti və Joze Mourinyunu qabaqlayıb.
Qeyd edək ki, "şəhərlilər" ÇL-in 1/4 final mərhələsində Mançesterdə 1:0 hesabı ilə yendiyi "Atletiko Madrid"lə səfərdə qolsuz heç-heçə edərək istəyinə çatıb.
Nihat