"Bayern Münhen"in prezidenti Gerbert Hayner komandanın ulduz hücumçusu Robert Levandovski ilə bağlı planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Bild" Haynerin söylədiklərini belə çatdırıb:
"Onun klubla olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq. Robertə dəyər verdiyimizi hər dəfə xatırladırıq. O, dünyanın ən yaxşı futbolçularından biridir. Heyətdə olması "Bayern" üçün qol və qollar deməkdir. Klub rəhbərliyi Levandovski ilə daim ünsiyətdədir. Sadəcə, danışıqlar prosesi barədə müntəzəm açıqlama vermək düzgün deyil. Nəyisə açıqlamaq lazım gəlsə, məlumat verəcəyik".
33 yaşlı Levandovski şərtlər onu qane etmədiyi üçün "Bayern"in yeni müqavilə təklifini geri çevirib. Polşalı forvardın "Barselona" ilə anlaşmaq ehtimalı daha yüksək qiymətləndirilir.
Nihat