Rusiya millisinin və "Mançester Yunayted" klubunun sabiq yarımmüdafiəçisi Andrey Kançelskis Moskva "Spartak"ının prezidenti Leonid Fedunun sevgilisi Zarema Salihovanı tənqid edib.
Fanat.Az xəbər verir ki, "RB Sport" Kançelskisin dediklərini belə çatdırıb:
"Mənim Zarema ilə heç bir münasibətim yoxdur - onu tanımıram, ünsiyyət qurmamışam. Mən Zaremada futbol biliyi də görmürəm. Qadınlar futboldan danışmamalıdır!
Qoy Zarema getsin mətbəxdə işləsin, borş bişirsin, uşaqlarına baxsın, nə edir etsin, təkcə futboldan danışmasın. Futbol və futbol adamları barədə bilib-bilmədiyini danışır. O, nədənsə qadının görməli olduğu işlərlə məşğul olmur. Amma bu, mənim problemim deyil. Bu, "Spartak" üçün bəladır! Heç kim bzim futbolumuzun bu günə düşəcəyini təsəvvür edə bilməzdi. Zaman dəyişir... Bizim futbolumuz cəzalandırılır.
Ölkə futboluna fırıldaqçılar, dələduzlar, və belə qadınlar rəhbərlik edir. Əsl futbol adamları isə qalıb kənarda və işləmir. Hər şey göz qabağındadır"
Qeyd edək ki, Salihova Rusiya telekanallarında tez-tez "Spartak" və Rusiya futbolu ilə bağlı qıcıqlandırıcı açıqlamaları ilə gündəmə gəlir.
Emin