"Beşiktaş" klubunun futbolçusu Fransisko Montero avtomobil qəzası keçirib.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi ciddi xəsarət almayıb.
İspaniyalı oyunçu tədbir məqsədi ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, Montero 2021-ci ildən "Beşiktaş"dadır.
Nihat