"Atletiko Madrid"in prezidenti Enrike Soreso Çempionlar Liqasının 1/4 finalının cavab matçından - "Mançester Siti" ilə Madriddəki oyundan (0:0) danışıb.
Fanat.Az xəbər verir ki, iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırılan (0:1, 0:0) İspaniya təmsilçisinin başqanının söylədiklərini "Marca" belə çatdırıb:
"Atletiko" daha çox hücum edən tərəf idi. "Mançester Siti" isə ibtidai futbolla sadəcə, bizə mane olmağa çalışdı. Onlar qapılarının qarşısında sanki divar hörmüşdülər. Top buraxmamaq üçün bacardıqlarını edirdilər. İkinci hissədə qapımıza cəmi bir zərbə ednirə bildilər".
Nihat