“Vest Hem Yunayted”in baş məşqçisi Devid Moyes Avropa Liqasının 1/4 final mərhələsinin cavab matçı - Fransanın “Olimpik Lion” klubu ilə ikinci duel barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti 58 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Növbəti mərhələyə keçmək üçün əla şansımız var. İlk oyunda biz on nəfərlə 45 dəqiqə oynayaraq müqavimət göstərdik. Görək on bir nəfərlə nə edə bilərik".
Xatırladaq ki, ilk matçda “Vest Hem” “Olimpik Lion”la bərabərə qalıb (1:1). Cavab qarşılaşması bu gün, Liondakı "Qroupama" stadionunda keçiriləcək.
Emin