"Napoli"nin idman direktoru Kristiano Cintoli Batumi "Dinamo"sunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın Neapol klubunun əsas tranfser hədəflərindən biri olduğunu təsdiqləyib.
Fanat.Az xəbər verir ki, o, jurnalist Alfredo Pedullanın saytına danışıb:
"Xviçanı uzun müddətdir ki, izləyirik. Onu "Napoli"yə gətirmək üçün mümkün olan hər şeyi etməyə çalışacağıq. Hələ vaxtımız var. Transfer pəncərəsinin açılmasını gözləyirik. Bu oğlan bizim əsas transfer hədəflərimizdən biridir. Xviçanın göstəriciləri onun "Napoli"də oynamasına, uğur qazanmasına imkan verəcək səviyyədədir. Texnikası, meydanda düşünmə sürəti və o qədər də çox olmayan maliyyə tələbi ürəyimizcədir. Bir sözlə, çox maraqlı futbolçudur".
Qeyd edək ki, Xviça Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur. O, Rusiyanın Ukraynaya hücumundan sonra Kazan "Rubin"indən ayrılaraq martın 31-də "Dinamo"ya keçib.
Nihat