Sabiq yuqoslaviyalı futbolçu Savo Miloşeviç FİFA və UEFA-nı Rusiya millisini və Rusiya klublarını beynəlxalq yarışlara qaytarmağa çağırıb. Miloşeviçin sözlərinə görə, Rusiya idman aləmində mühüm yer tutur və onun iştirakı olmadan keçirilən turnirlərin nəticələri qanuni sayıla bilməz.
Fanat.Az xəbər verir ki, "Rossiyskiy futbol: RPL" onun söylədiklərini belə çatdırıb:
"Rusiya iqtisadi cəhətdən, bir çox başqa sahələrdə və əlbəttə ki, idmanda çox güclüdür. Ümid edir və inanıram ki, tezliklə müsbət qərarlar veriləcək. Yarışların Rusiyasız davam etdirilməsi ideyasını dəstəkləmirəm".
Xatırladaq ki, Miloşeviç karyerası ərzində İngiltərə, İspaniya, İtaliya və Rusiya çempionatlarında çıxış edib. O, həm də Avro-2000-nin bombardiri olub.
Emin