"Sevilya"nın "Mançester Yunayted"dən icarəyə götürülən hücumçusu Antoni Marsial İspaniya komandasında qalmaq istəmir.
Fanat.Az xəbər verir ki, bu barədə ABC saytı məlumat verib.
"Görürəm ki, "Sevilya"da oynamağa davam etmək mənim üçün çətindir. Mən "Mançester Yunayted"ə qayıtmalı olduğumu bilirəm. Bu, icarədir, satın alma seçimi də yoxdur",- deyə Marsila açıqlama verib.
Emin