Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Football Insider" saytı: “Vilyarreal”da icarə əsasında çıxış edən “Tottenhem Hotspur”un futbolçusu Covani Lo Çelsonu formasını geyindiyi İspaniya təmsilçisini yaxşı mənada təəccübləndirib. "Vilyarreal" argentinalı oyunçunu heyətinə qatmaq üçün londonlularla danışıqlara hazırdır.
"Molineux" saytı: “Vulverhempton” “Nyukasl”ın futbolçusu Allan Sent-Maksimini hazırda “Barselona”da icarə əsasında oynayan, lakin yayda İngiltərə klubundan ayrılacağı ehtimal edilən Adam Traorenin əvəzləyicisi kimi görür.
AS nəşri: "Real Madrid" "Monako"nun ulduzu Orelien Çuameni üçün mübarizəyə qoşulub. Futbolçuya yüksək qiymət qoyulsa da, tərəflər danışıqları davam etdirir. Çuameni ilə London "Çelsi"si də maraqlanır.
"Tuttosport" saytı: “Yuventus” rəhbərliyi komandanın baş məşqçisi Massimiliano Alleqriyə güvənir və mütəxəssisi növbəti mövsümdə də öz vəzifəsində saxlamağı planlaşdırır. “Yuventus”un bossları komandanın oyun planında "artırdığı" qənaətindədir.
"North Echo" saytı: "Nyukasl" Kristian Eriksen uğrunda mübarizəyə qoşulub. Futbolçu ilə "Tottenhem", "Vest Hem" və "Everton" klubları da maraqlanır. "Sağsağanlar" Eriksen üçün cəlbedici təklif hazırlayır və onu "Nyukasl"da görəcəklərinə əmindirlər.
"Fabrika Hawkins" saytı: Markus Reşford PSJ-nin maraq dairəsindədir. Parislilər Mbappe gedəcəyi təqdirdə, hələ də klubun maraq dairəsində olan Reşfordu rənglərinə bağlayacaq.
Emin Şəmsiyev