Polşada legioner həyatı yaşayan azərbaycanlı qapıçı Şahin Zəkiyevin çıxış etdiyi Slopnitse "Sokol"u növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 4-cü liqa təmsilçisi Polşa Kubokunda "Bruk-Bet Termalika" komandası ilə qarşılaşıb.
Matç 5:5 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub ki, Şahin Zəkiyev rəqibin 2 "11 metrə"sini dəf edib. Bununla belə, komanda yoldaşları onun əziyyətini heçə endirərək standart zərbələrin yalnız birindən istifadə edə biliblər - 1:3.
Nəticədə "Sokol" mübarizəni dayandırıb.
Qeyd edək ki, Zəkiyev "Sokol"da meydana çıxdığı 11 oyunda 5 penalti qaytararaq diqqətləri üzərinə çəkməyi bacarıb.
Mirağa