Kiyev “Dinamo”su klubun gənclərdən ibarət komandalarından birində çıxış edən 18 yaşlı Artur Uvarovun qovulduğunu açıqlayıb.
Fanat.Az "slavasportu"saytına istinadən xəbər verir ki, bu, Uvarovun atasının qondarma Luqansk Xalq Respublikasının ordusuna xidmət etməsi səbəbindən baş verib.
“Bu gün səhər “Dinamo” futbol klubuna məlum olub ki, gənclər komandasının futbolçusu Uvarov Artur Maksimoviç (28.03.2004) Ukrayna düşməninin oğlu olduğunu gizlədib.
Onun atası Ukraynanın Milli Təhlükəsizliyi saytında ölkənin düşmənləri siyahısındadır.
Oğulun atasına görə məsuliyyət daşıdığı “Stalinsayağı üsullar"ı bəyənmirik, lakin məlumatı aldıqdan və yoxladıqdan sonra klub rəhbərliyi futbolçudan atasının kimliyi barədə soruşub. O, dərhal cavab verməyib və atasının separatçılar tərəfdən İkraynaya qarşı döyüşməsi faktını təkzib edib. Klub Arturun davranışından qəzəblənib və müqaviləni dərhal ləğv etmək qərarına gəlib.
"Dinamo" FK rəsmi olaraq bəyan edir ki, klubun strukturunda Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə qarşı olan şəxslərə yer yoxdur! İşğalçı Rusiya ilə dəhşətli müharibə zamanı Artur Uvarov şəxsən klub rəhbərliyi ilə əlaqə saxlamalı və atasının Ukraynaya qarşı hərbi təcavüzdə iştirakını etiraf etməli idi.
Eşq olsun Ukraynaya!”, - deyə məlumatda bildirilir.
Emin