"Liverpul"un belçikalı hücumçusu Divok Oriqi "Milan"la müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Nikolo Skira rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirib.
O, "Liverpul"un hücumçusu Divok Oriqinin mövsümün sonunda azad agent statusu ilə "Milan"a keçəcəyini bildirib.
26 yaşlı belçikalı futbolçunun İtaliya klubu ilə illik 3,5 milyon avro məvacib qarşılığında 4 illik müqavilə imzaladığı vurğulanıb.
Oriqi "Bayer Leverkuzen", "Kristal Pelas" və "Nyukasl"ın təkliflərini rədd edib.
Emin