Əfsanəvi Dieqo Maradonanın ölümü ilə bağlı araşdırmalar başa çatıb.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları 8 nəfərə cinayət işi açıb.
Maradonanı müalicə edən həkim, onunla daim ünsiyyətdə olan psixiatr və daha 6 tibb işçisi məhkəmə qarşısına çıxacaq. Onların hər birini 5 ildən 25 ilədək həbs cəzası gözləyir. Argentina polisi həmin şəxslərin işlərinə səhlənkar yanaşdıqlarını, Maradonanın müalicəsi zamanı riskli addımlar atdıqlarını müəyyənləşdirib. Dieqonun ölümünün səbəbkarlarının müttəhim qismində özlərini müdafiə edəcəkləri tarix açıqlanmayıb.
Xatırladaq ki, Maradona 60 yaşında, xroniki ürək çatışmazlığı üzündən ağ ciyərlərinin fuksiyasının pozulması nəticəsində dünyasını dəyişib.
Nihat