"Mançester Siti" Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holandla müqavilə şərtlərini razılaşdırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikola Skira "Twitter" səhifəsi üzərindən yayıb.
Xəbərə görə, norveçli futbolçu gələn ilin yayında “şəhərlilər”lə müddəti 2027-ci ilə qədər olan sözləşmə imzalayacaq. O, Mançester təmsilçisində illik 30 milyon avro maaş alacaq.
“Mançester Siti”nin futbolçunu 75 milyona almağa hazır olduğu vurğulanıb.
Emin