Bəhreyndə yerləşən investisiya fondu "Investcorp" Avropa futbol bazarına daxil olmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, "Le Parisien" nəşrinin məlumatına görə fond eyni anda iki klubun - İtaliyanın "Milan"ının və Fransanın "Lill"inin səhmlərini almaqda maraqlıdır.
"Investcorp" artıq "Milan"ı almaq üçün klubun hazırkı sahibi Elliott Fondu ilə danışıqlara başlayıb.
"Investcorp" fondunun 2019-cu ilə olan sərvəti 37 milyard dollardan çox qiymətləndirilib.
Emin