"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Premyer Liqanın XXIII turu çərçivəsində, səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçı şərh edib.
Fanat.Az xəbər verir ki, o, qonaq qismində qələbəyə yaxın olduqları görüşü ənənəvi mətbuat konfransında dəyərləndirib:
"Üstünlüyümüz var idi. Fərqi artıra da bilərdik. Rəqib müdafiədə boşluqlar versə də, yararlana bilmədik. Kuryoz qol buraxmağımız yaxşı olmadı".
Belaruslu mütəxəssis Cəmaləddin Xocaniyazovun erkən əvəzlənməsinin səbəbini də açıqlayıb: "Əzələsində ağrıları var idi. Zədəlidirsə, meydanda olmamalıdır".