"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XXIII turu çərçivəsində evdə "Sumqayıt"la matçı şərh edib.
Fanat.Az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə etdikləri matçın ardından qatıldığı mətbuat konfransında belə danışıb:
"Komanda verilən tapşırığı yerinə yetirməyə çalışırdı. Oyunumuzdan razı qaldım. Daha yaxşısını edəcəyimizə inanıram. Qara zolaqda deyilik. Yenidən özümüzü göstərəcəyik".
42 yaşlı mütəxəssis bildirib ki, hakim səhvləri ardıcıl olur və hər oyun onların başına gəlir: "Epizodlar onlara və bizə fərqli görünür. Etirazımı normal qarşılamaq lazımdır. Buna görə cəza verirlərsə, sağ olsunlar".