Futbol üzrə Fransa çempionatında 32-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə yeddi görüş keçirilib.
“Monpelye” - “Reyms” qarşılaşması başladığı hesabla da bitib. “Mets” - “Klermont”, “Nant” - “Anje” və “Trua” - “Strasburq” matçlarında da qalib müəyyənləşməyib.
Üç qolun qeydə alındığı “Nitsa” - “Loryan” matçında meydan sahibləri qalib gəliblər. Lion “Olimpik”i isə doğma meydanda “Bordo”nu böyük hesabla üstələyib.
Turun mərkəzi görüşü Parisdə keçirilib. Lider PSJ ən yaxın izləyicisi "Olimpik Marsel” ilə qarşılaşıb. Paris təmsilçisi bu oyunda çətin qələbəyə sevinib.
Fransa Liqa 1
32-ci tur
17 aprel
Nitsa – Loryan 2:1
Qollar: Delor, 54; 88 – Loryente, 61.
Mets – Klermon 1:1
Qollar: De Preville, 24 – Dossou, 37.
Monpelye – Reyms 0:0
Nant – Anje 1:1
Qollar: Kulibali, 53 – Boufal, 18.
Trua – Strasburq 1:1
Qollar: Tardyeu, 85-pen. – Diallo, 56-pen.
Olimpik Lion – Bordo 6:1
Qollar: Dembele, 20; 90+1. Ekambi, 27; 68. Paketa, 34. Feyvr, 46 – Mara, 85-pen.
PSJ – Olimpik Marsel 2:1
Qollar: Neymar, 12. Mbappe, 45+4 – Çaleta-Çar, 31.
16 aprel
Sent-Etyenn – Brest 2:1
Qollar: Kamara, 14; 39 – Honorat, 8.
Lill – Lans 1:2
Qollar: Xeka, 45+1 – Frankovski, 4. Kalimuendo, 37.
15 aprel
Renn – Monako 2:3
Qollar: Tait, 3. Terrye, 90+2 – Vanderson, 12. Ben Yedder, 57. Boadu, 77.