"Rusiyada bir neçə dostum olsa da, indi demək olar ki, biri də yoxdur. Çox üzgünəm. Müharibə yeni başlayanda onlar mənə zəng vurub baş verənlərə görə pis olduqlarını, amma heç nə edə bilmədiklərini söylədiyirdilər".
Fanat.Az xəbər verir ki, bunu "The Guardian"a açıqlamasında "Mançester Siti"nin müdafiəçisi Aleksandr Zinçenko deyib.
Ukrayna millisinin üzvü rus futbolçuları qınayıb:
"Təbii ki, nəsə etmək mümkündür. Düzdür, sosial şəbəkələrdə müharibəyə qarşı çıxan Rusiya vətəndaşlarının həbs olunduğunu görürük. Amma futbolçuların auditoriyası böyükdür. Tutaq ki, hamısı sosial şəbəkələrdə Rusiyanın Ukraynaya hücumuna qarşı olduqlarını yazsalar, hamısını tutacaqlar? Şübhəsiz ki, yox! Onların susması biabırçılıqdır".
Nihat