"Neftçi" AFFA İntizam Komitəsinə mürciət edəcək. Bu barədə Fanat.az-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Klub rəsmisi bildirib ki, "Qarabağ"la matçda Araz Abdullayevə göstərilmiş qırmızı vərəqənin ləğv olunmasını istəyəcəklər: "Hamı gördü ki, Riçard Almeydaya layiq olduğu qırmızı vərəqəni verməyən hakim Araz Abdullayevi nahaq yerə meydandan qovdu. Başa düşürük ki, artıq oyun gedib, heç nəyi dəyişmək olmaz. Amma Araz Abdullayevə verilmiş haqsız qırmızı vərəqənin ləğv olunmasını istəyirik. Buna görə də AFFA-nın İntizam Komitəsinə müraciət edəcəyik".
Fanat.az