Madrid "Real"ındakı gələcəyi qeyri-müəyyən olan Eden Hazardın qardaşı Kilian ulduz futbolçunun planları ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, RTBL-a danışan 27 yaşlı futbolçu böyük qardaşının bu yay "Real"dan ayrılmaq planının olmadığını açıqlayıb:
"Eden ən yaxşılardan biri olduğunu sübut etmədən "Real"dan ayrılmayacaq. Getdiyi komandalarda həmişə bu cür davranıb. O, getmək istəmir və düşünürəm ki, komandada qalacaq. Prezident Florentino Peres onu göndərmək qərarına gəlibsə və Edenə çox oynamayacağını desə, yalnız bu halda fikrini dəyişə bilər. Ancaq sizi əmin edə bilərəm ki, o, Madriddə dünyanın ən yaxşılarından biri olduğunu göstərmək üçün hər şeyi edəcək".
Mirağa