Moskva “Spartak”ı Rusiya futbol çempionatının 25-ci turunun Kazan “Rubin”i ilə oyununa Brayl əlifbası ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, aksiya “qırmızı-ağlar”ın keçmiş qapıçısı, klubun texniki direktoru Artyom Rebrovun xeyriyyə fondunun yaradılmasının dördüncü ildönümünə həsr olunub.
"Spartak"ın saytının açıqlamasında deyilir:
"Bu gün komandamız məhdud sayda oyun formaları kolleksiyası ilə meydançaya çıxacaq. Adlar böyüdülmüş Brayl əlifbası ilə göstərilib ki, bu da kor insanlara oxumağa kömək edir. "Rubin"lə oyundan sonra bütün formalar Artyom Rebrov Fonduna bağışlanacaq və xeyriyyə hərracına çıxarılacaq".
"Spartak" - "Rubin" görüşü bu gün keçiriləcək.
Mirağa