"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Luka Modriçin gələcəyi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" italyan mütəxəssisin sözlərini belə çatdırıb:
"Luka Modriç karyerasını "Real Madrid"də bitirəcək. Vaxtını bilmirəm, amma belə olacaq. Bu, klubun və Lukanın ideyasıdır. Modriçin müqaviləni yeniləməkdə problemi olmayacaq. Mən onu Paolo Maldini ilə müqayisə edirəm”.
Emin