"Fənərbağça"nın baş məşqçisi İsmail Kartalla anlaşa bilməyən və heyətdən kənarlaşdırılan Mesut Özilin adı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" ilə hallanır.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Özilin meneceri Erkan Söğüt yaxın günlərdə Türkiyəyə gələrək klub prezidenti Ali Koçla görüşəcək. Görüşün nəticəsindən asılı olaraq, yarımmüdafiəçi halda, ya yenidən heyətə salınacaq, ya da adı transfer siyahısına salınacaq.
İddia olunur ki, hücumçu axtarışında olan, Mesutun ailəsinin yaxın dostu olan Acun Ilıcalının sahibi olduğu “Hall Siti” azarkeşləri ulduz futbolçunu komandada görmək arzusundadır.
Son transfer dövründə "Fənərbağça"dan Allahyar Səyyadmaneşi transfer edən İngiltərə komandasının yayda heyətinə Mesutu qata biləcəyi düşünülür.
Bununla belə, ulduz futbolçunun “Fənərbağça”da qalmaq istəyinin olduğu vurğulanır.
Karyerasının son dövründə MLS-də çıxış etməyi planlaşdıran Özilin digər variantı ABŞ-dır.
Mirağa