Məşhur reper Snup Doqq, sevimli komandası "Seltik"
Şotlandiya çempionu olacağı halda bu uğuru qeyd etmək üçün Qlazqoya səfər edəcək.
Fanat.Az xəbər verir ki, "Seltik" fanatı olan əfsanəvi rep ulduzu "Daily Record"a açıqlamasında komandası üçün ziyafət təşkil edəcəyini deyib:
"Onlar" Reyncers" üzərində qələbədən sonra çempionluğu qazanmağa yaxınlaşdılar. Çempion olan kimi, elə hesab edin ki, Qlazqoya gedən təyyarəyə minmişəm.
Komandam üçün möhtəşəm gecə təşkil edəcəyəm və nə istəyərlərsə, hamısı Snupdan olacaq.
Şampan açılacaq və biz onu sağa-sola tökəcəyik. Mən hind yeməklərini də sevirəm və həmişə İngiltərədə ən yaxşı karri alıram. Komandamı hind yeməklərinə də qonaq edəcəyəm".
Şotlandiya nəhəngi “Seltik” bu yaxınlarda İbroksda əzəli rəqibi “Reyncers”i 2:1 hesabı ilə məğlub edərək, rəqiblərini 6 xal qabaqlayaraq liderliyini qoruyub.
Mirağa