İtaliya "Yuventus"unun sabiq baş məşqçisi Andrea Pirlo Portuqaliyanın "Braqa" klubuna rəhbərlik edə bilər.
Fanat.Az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Braqa təmsilçisi cari mövsümün sonunda 42 yaşlı mütəxəssisə təklif göndərmək istəyir.
Pirlo 2020-ci ilin avqustundan növbəti ilin mayınadək Turin klubunun "sükanı arxası"nda olub. Bu, gənc mütəxəssisin məşqçilik karyerasında ilk təcrübəsidir.
Qeyd edək ki, "Braqa" Portuqaliya çempionatında 29 oyundan sonra 55 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Emin