"Çelsi"nin hücumçusu Romelu Lukaku bu yay komandasını dəyişə bilər.
Fanat.Az "90 min" saytına istinadən xəbər verir ki, London klubunun rəhbərliyi 28 yaşlı belçikalı futbolçu ilə yolları ayırmağa hazırdır.
Lukaku karyerasını Liqa 1-də davam etdirə bilər. Sözügedən futbolçunun xidmətində PSJ maraqlıdır. Hazırda Paris təmsilçisinin nümayəndələri Romelu ilə danışıqları davam etdirir.
Emin