"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik komandanın hücumçusu Kriştianu Ronaldunun hələ də vacib matçlarda səhnəyə çıxa biləcəyini deyib.
Fanat.Az xəbər verir ki, "Goal" saytı 63 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Onun gələcəyi ilə bağlı qərar vermək mənim işim deyil. Kriştianunun klubla olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Qərarı isə yeni məşqçi direktorlar şurası ilə birlikdə verməlidir. Fakt budur ki, Ronaldu hələ də önəmli matçların taleyini dəyişə biləcəyini sübut edir".
Emin