"Mançester Yunayted"in kapitanı Harri Maquayr təpiklə fransalı komanda yoldaşı Pol Poqbanı başına vurub.
Fanat.Az "Sport Bible"yə istinadən xəbər verir ki, "Norviç"lə oyunda künc zərbəsi zamanı Maquayr Ben Gibsonla mübarizə apararaq ayağını yüksəyə qaldırıb və bilmədən Polun qulaq nahiyəsinə zərbə endirib. Tibb işçiləri tərəfindən müayinə zamanı Poqbanın bu hadisədən narazı qaldığı görünüb.
Premyer Liqanın 33-cü turunda "Mançester Yunayted" "Norviç Siti"ni 3:2 hesabı ilə məğlub edib.
Nihat